Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib.
Noyabrın 6-da, cümə günü Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə operativ müşavirə keçirilib. Müşavirə zamanı Rusiya lideri Birləşmiş Ərəb Əmirliklərində danışıqların noyabrın 10-da, çərşənbə axşamı günü baş tutacağını bildirib.
Prezident humanitar məsələlərin həllinə kömək etdiklərinə görə Birləşmiş Ərəb Əmirliklərinə də təşəkkür edib.
Xatırladaq ki, daha əvvəl danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik edəcəyi məlum olub. Putinin mətbuat katibi Dmitri Peskov nümayəndə heyətinin tam tərkibinin “vaxtı çatanda” açıqlanacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynadan əlavə Avropanı da əhatə edəcək “böyük və möhtəşəm saziş”in əldə olunmasının yaxın olduğunu bəyan etmişdi.
