Əfqanıstanda “Taliban” liderlərindən biri məhv edilib

13 İyul 2021 - 08:01

Əfqanıstan silahlı qüvvələrinin həyata keçirdiyi hava hücumu nəticəsində “Taliban” radikal hərəkatının liderlərindən biri məhv edilib.

TASS xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yer alıb.

“Taliban”ın yüksək rütbəli komandiri Əzifə kimi də tanınan Əziz Rəhman bu gün Əfqanıstan Hərbi Hava Qüvvələrinin Lağman vilayətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb”, – deyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilir ki, o, mülki şəxslərə qarşı həyata keçirilən çox sayda terror hücumlarında iştirak edib.