Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
zelenski

Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli formatda ilk texniki görüş noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.

 

“Reuters“ agentliyinin məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, texniki danışıqlardan sonra üç ölkə liderinin iştirakı ilə görüşün keçirilməsi mümkün ola bilər.

Zelenski bildirib ki, cümə günü ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb. Onlar həftənin əvvəlində Rusiya Prezidenti Vladimir Putinlə də birbaşa görüşüblər.

“Noyabrın birinci yarısında, əlbəttə ki, mümkün qədər tez görüşmək planlaşdırılır”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Zelenski qeyd edib ki, görüşün baş tutması böyük ölçüdə Rusiyanın mövqeyindən asılı olacaq. O, Moskvanın oktyabr ayında analoji danışıqların keçirilməsi planlarını pozduğunu iddia edib.

Ukrayna lideri mümkün sülh sazişinin etibarlı təhlükəsizlik təminatlarını nəzərdə tutmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu təminatlar arasında Ukrayna ordusunun döyüş qabiliyyətinin qorunması üçün növbəti 10 il ərzində maliyyə yardımının göstərilməsi də yer almalıdır.

Zelenski Avropa ölkələrinin də sülh danışıqlarına cəlb edilməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, Ukrayna Prezidenti ölkə hərbçilərinin hələ də “Starlink” peyk rabitəsindən istifadədə məhdudiyyətlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp sistemin fəaliyyətinin bərpa olunacağına dair təminat versə də, problemlər davam edir.

Zelenski əlavə edib ki, Ukrayna daha əvvəl razılaşdırılmış növbəti zenit raketləri partiyasının çatdırılmasını da gözləyir.

AzPost.az

Post navigation

Previous: Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Next: ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

Oxşar xəbərlər

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07

xƏBƏR

putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
İran prezidenti gələn həftə Moskvada Rusiya prezidenti ilə görüşəcək. Tərəflər ikitərəfli əməkdaşlığın inkişafını, birgə razılaşmaların icrasını və...
Read more about İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.