Əfqanıstanın Azərbaycana təyin etdiyi yeni səfiri Bakıya gəlib

14 Noyabr 2020 - 19:40

Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına təyin etdiyi yeni Fövqəladə və Səlahiyyətli Səfiri Amanullah Ceyhun Bakıya gəlib.

Səfirlikdən verilən məlumata görə, bu təyinatadək səfir Əfqanıstan Xarici İşlər Nazirliyinin idarə rəisi vəzifəsində çalışıb. Amanullah Ceyhun Əfqanıstanın Türkiyə Respublikasında və Avstraliyada səfiri olub. O, ölkəsinin Malayziya və Almaniyadakı nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb. Səfir ingilis, türk, ərəb, fars, özbək dillərini bilir. Amanullah Ceyhun həm də Əfqanıstanın Gürcüstanda səfiri kimi fəaliyyət göstərəcək.