Ermənistan təhlükəsizlik xidmətinin sabiq rəhbəri saxlanılıb –Paşinyana sui-qəsd hazırlamaqda şübhəli bilinir

Bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin qurumun sabiq rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyanı hakimiyyəti ələ keçirmək və baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaq şübhəsi ilə saxlayıb.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə məlumatı Artur Vanetsyanın vəkili Lusine Saakyan özünün “Facebook” səhifəsində yerləşdirib.

“Bu gün Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentinə çağırılıb və orada saxlanılıb. Ona qarşı hakimiyyəti ələ keçirmək və Nikol Paşinyana sui-qəsd hazırlamaq barədə uydurma ittiham irəli sürülüb”, – vəkil belə yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfqanıstanın Azərbaycana təyin etdiyi yeni səfiri Bakıya gəlib

Sonrakı məqalə

Füzuliyə ezam olunmuş ANAMA əməkdaşı minaya düşüb