Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə baxılır –ŞEYXÜLİSLAM

Əfv komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə baxılır.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O bildirib ki, Əfv komissiyasının iclaslarında iştirak edir və müraciətləri oxuyur:

“Müraciətləri oxuyan zaman görürük ki, bəzi şəxslər əvvəlcə törətdikləri əməlləri inkar etsələr də, sonradan öz günahlarını qəbul edirlər. Ömürlük məhbuslarla bağlı müəyyən fikirlər var, müraciətlərinə baxılır. Lakin bu birbaşa dövlət başçısının səlahiyyətində olan bir məsələdir. Hesab edirəm ki, insanlara yenidən şans vermək lazımdır”.

Əvvəlki məqalə

Azərbaycan məscidlərində bayram namazı qılınıb

Sonrakı məqalə

Qaxda 58 yaşlı qadın intihar edib