“Əl Qaidə” hələ də Əfqanıstandadır və ABŞ-a zərbə endirməyi hədəfləyir.
“RİA Novosti” xəbər verir ki, bunu Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Mark Milli bildirib.
Əgər öz imkanlarını bərpa edə bilsələr, onların zərbə vurmaq niyyətləri var. Düşünürəm ki, “Əl-Qaidə” hələ də ABŞ-la müharibədə vəziyyətindədir”, – deyə Milli Senatdakı dinləmələr zamanı qeyd edib.
Onun fikrincə, “Əl-Qaidə” hələ də Əfqanıstandadır”.