“Əfqan ordusunun belə sürətli çöküşü gözlənilməz idi”-ABŞ-ın müdafiə naziri

“Əfqanıstan ordusunun bu qədər sürətli çöküşü bizim üçün gözlənilməz idi”.

Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Konqresdə keçirilən dinləmə zamanı deyib.

Bildirib ki, ABŞ Əfqanıstan hökumətindəki korrupsiyanı düzgün hesablaya bilməyib.

“Faktiki olaraq tərəfdaşlarımızla təlimlər keçdiyimiz Əfqanıstan ordusu bir çox hallarda bir güllə belə atmadan əridi və bu, həqiqətən də gözlənilməz idi”, – deyə L.Ostin bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyevin “France-24” telekanalına MÜSAHİBƏSİ –

Sonrakı məqalə

“Əl Qaidə” Əfqanıstandan ABŞ-a zərbə endirməyi hədəfləyir” –