“”Əl-Qaidə”nin lideri Ayman əz-Zəvahiri Əfqanıstandadır” –

MKİ-nin sabiq rəhbəri
13 Sentyabr 2021 - 08:47

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı “Əl-Qaidə” terror qruplaşmasının lideri Ayman əz-Zəvahiriyə bu ölkədə sığınacaq verib.

TASS-ın məlumatına görə, bunu CBS telekanalının efirində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbər əvəzləyicisi Maykl Morrell (2012-2013) səsləndirib.

Bildirilir ki, BMT-nin bu yay yayımladığı hesabatında əz-Zəvahirinin Əfqanıstanda yaşadığı ilə bağlı çıxarışlar qeyd olunub. Bununla bağlı verilən sualı M.Morrell belə cavablandırıb: “Biz belə düşünürük. Bu o deməkdir ki, “Taliban” bu gün əz-Zəvahiriyə sığınacaq verir, “Taliban” bu gün “Əl-Qaidə”yə sığınacaq verir”.

“Düşünürəm ki, “Taliban” Əfqanıstandakı müharibədə qələbəsi, daha sonra bizim Əfqanıstandan çıxmağımız bütün dünyada cihadçıları tamamilə ruhlandırıb”, – deyə Morrell bildirib.