“”Əl-Qaidə”nin lideri Ayman əz-Zəvahiri Əfqanıstandadır” –MKİ-nin sabiq rəhbəri

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı “Əl-Qaidə” terror qruplaşmasının lideri Ayman əz-Zəvahiriyə bu ölkədə sığınacaq verib.

TASS-ın məlumatına görə, bunu CBS telekanalının efirində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbər əvəzləyicisi Maykl Morrell (2012-2013) səsləndirib.

Bildirilir ki, BMT-nin bu yay yayımladığı hesabatında əz-Zəvahirinin Əfqanıstanda yaşadığı ilə bağlı çıxarışlar qeyd olunub. Bununla bağlı verilən sualı M.Morrell belə cavablandırıb: “Biz belə düşünürük. Bu o deməkdir ki, “Taliban” bu gün əz-Zəvahiriyə sığınacaq verir, “Taliban” bu gün “Əl-Qaidə”yə sığınacaq verir”.

“Düşünürəm ki, “Taliban” Əfqanıstandakı müharibədə qələbəsi, daha sonra bizim Əfqanıstandan çıxmağımız bütün dünyada cihadçıları tamamilə ruhlandırıb”, – deyə Morrell bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Muğam haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq

Sonrakı məqalə

İsrail aviasiyası Qəzzada Fələstin mövqelərinə zərbələr endirib