Əli Həsənovun dindirilməsi barədə vəsatət qaldırılıb

20 Avqust 2021 - 18:20

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən birinin vəkili Cavanşir Süleymanov vəsatət verərək Azərbaycan Respublikasının Prezidentinin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun, onun oğlu Şamxal Həsənovun və baldızı Gülər Vəliyevanın məhkəməyə çağırılmasını və şahid qismində dindirilməsini istəyib.

Məhkəmə vəsatəti qeydə alaraq baxılmamış kimi saxlayıb.

Daha sonra prokuror ittiham aktını elan edib.