Merkel Putinlə görüşdə telefonu söndürməyi unudub –Gələn zəng hamını çaşdırıb

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Angela Merkel arasında görüş başlayıb.

Kremlin mətbuat xidmətinin verdiyi xəbərə görə, V. Putin iki lider arasında şəxsi müzakirənin tələb olunduğu çoxlu məsələnin olduğunu bildirib.

“Əminəm ki, bu, təkcə vida səfəri olmayacaq. Bu səfər ciddi və işgüzar məsələlərlə zəngin olacaq”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Rusiya lideri Almaniyanı ölkəsinin Avropada və ümumilikdə dünyada əsas tərəfdaşlarından biri adlandırıb: “Almaniya Çindən sonra bizim ikinci ticarət tərəfdaşımızdır. 2020-ci ildə ticarət dövriyyəsinin həcminin ciddi sürətdə aşağı düşməsinə baxmayaraq, bu ilin ilk altı ayında ticarət dövriyyəsində ikiqat artım qeydə alınıb”.

A. Merkel isə deyib ki, müxtəlif məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə dialoq davam etdirilməlidir.

Görüş zamanı kurioz hadisə də yaşanıb.

Vladimir Putinlə görüş zamanı Almaniya Kansleri Angela Merkelin mobil telefonuna zəng gəlib.

Rusiya Prezidenti çıxış edən zaman A. Merkelin mobil telefonu zəng çalıb. İlk anlarda ətrafdakılar buna necə reaksiya verəcəklərini bilməyib. Almaniya kansleri telefonu cibindən çıxardaraq söndürüb.

V. Putin məsələyə diqqət yetirmədiyi görünüşünü yaradıb və nitqinə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu yaxınlarda həmyerlim olan jurnalist məndən anonim yazmışdı…” –

Sonrakı məqalə

Əli Həsənovun dindirilməsi barədə vəsatət qaldırılıb