Əli İnsanov prezident İlham Əliyevi təbrik edib –"Müzəffər Sərkərdə titulunu haqq etdiniz"

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Prezident İlham Əliyevi təbrik edib.
Azpost.info bildirir ki, bununla bağlı Ə.İnsanov partiya adından bəyanat yayıb.
HƏP sədri dövlət başçsını  Vətən Müharibəsində möhtəşəm qələbə  münasibətilə təbrik edib: “Sizin böyük idarəçilik bacarığınız və müdrikliyinizlə qurub – yaratdığınız Azərbaycan ordusu 200 il davam edən erməni – azərbaycan münaqişəsinin doğma Qarabağda birbaşa rəhbərlik etdiyiniz Vətən Müharibəsində Böyük Qələbə ilə başa çatdırdı. Siz Azərbaycan xalqının tarixi qalib sərkərdələrindən fərqli olaraq təkcə hərbi qələbə qazanmadınız, Siz həm də xalqımızın bu haqq işində Sizinlə ciddi qarşıdurmalarda olan dünyanın nüfuzlu siyasi liderlərinin üzərində siyasi – diplomatik qələbə qazandınız. Siz bu tarixi qələbənizlə Müzəffər Sərkərdə – Ali Baş Komandan titulunu özünüzə haqq etmiş oldunuz”.
Əli İnsanov bəyan edib ki, sədrlik etdiyi Haqq Ədalət Partiyası  prezidentin yürütdüyü siyasəti birmənalı dəstəkləyir: “Təklif edirik ki, bu tarixi qələbə münasibətilə doğma Qarabağın mərkəzi Xankəndi şəhərində hərbi – qələbə paradı keçirilsin və bu tədbirdə Siz şəxsən Azərbaycanın üçrəngli bayrağını Xankəndi şəhərində ucaldasınız”.
“Sizin son 20 ildə Azərbaycan və azərbaycan xalqı üçün etdiklərinizdən artığını ancaq xəyallarda arzulamaq olar.
Sizin bugün dünyanın ən nüfuzlu siyasi liderlərinin sırasında olmağınızdan Azərbaycan xalqı kimi biz də böyük qürur hissi keçiririk”-deyə Ə.İnsanov müraciətində deyib.
Azpost.info
Əvvəlki məqalə

Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının Şuşadakı iclasına qatılacaq

Sonrakı məqalə

“Miss Rusiya 2023” bu qız seçildi –