Əmir Teymurun qəbrini açan sovet alimləri niyə lənətləndilər?-

FOTOLAR
22 İyun 2021 - 09:29

Düz 80 il əvvəl Sovetlər bir vandalizmə daha imza atdılar.

21 iyun 1941-ci ildə Səmərqənd (Özbəkistan) şəhərində baş verib bu hadisə…

Stalinin əmri ilə Əmir Teymurun məzarı açıldı. Mixail Gerasimovun rəhbərlik etdiyi elmi ekspedisiya Topal Teymurun məzarına gələrək işə başladı. Xalqın, xüsusilə də ağsaqqalların etirazına baxmayaraq ruslar geri addım atmadılar. Yaşlı insanlar məzarın lənətli olduğunu, Nadir Şah hadisəsini xatırlatsalar da məzar açılır.

Gerasimov və qazıntı qrupu Əmir Teymurun məzarını açır, böyük hökmdarın kəlləsini əllərinə alıb arsız-arsız poza verirlər (Gerasimovun üzündəki təbəssümə bir baxın).

Teymurun bədəninin hardasa 80 %-i salamat qalıbmış. Əvvəlcə onun üzünün maskası çıxarılır, boyunu ölçürlər-1 metr 73 sm-dir. Həqiqətən də topal olduğu, topallığın qılça sümüyündəki bir zədədən qaynaqlandığı təsbit edilir.

Türbənin içərisində hökmdarın ailəsindən dəfn edilmiş digər insanların da məzarları açılır və cəsədləri araşdırılır. Türbədə Muhammet Mirza Sultan, qardaşı Pir Muhammet Mirza, Teymurun oğulları Celalettin Miran Şah Mirza və Şah-ul Mirza oğlu Uluğ bəy də yatmaqdadır.

İlk müayinədən sonra hökmdarın cəsədinin olduğu tabut Moskvaya aparılır.

Ertəsi gün Almaniya Sovet İttifaqına hücum edir, müharibə başlayır.

Səmərqənddə Stalinə və Gerasimova lənət oxuyur. Axı xalq Əmir Teymurun məzarı lənətlidir deyə xəbərdarlıq etmişdi…

İbrahim Nəbioğlu