“Azərbaycan bizim ölkənin strateji tərəfdaşıdır. Biz çətin dövrlərdə həmişə çiynimizi bir-birimizə söykəmişik”.
Azpost.info bildirir ki, bu sözləri Belarus Respublika Şurasının sədri Natalya Koçanova Azərbaycan səfiri Lətif Qəndilovla görüşü zamanı bildirib. Onun sözlərinə görə, hər iki ölkə müxtəlif istiqamətli əməkdaşlıqdan yaxşı nəticələrə nail olublar.
“Münasibətlərin bu səviyyəsi prezidentlərin xidməti sayəsindədir. Xalqlarımızı biri-birinə bağlayan bu isti və xoş münasibətlər inkişaf etməlidir. Buna heç bir şübhə yoxdur”.