“Hucumu dayandırın…Hava zərbələrini davam etdirəcəyik” –ABŞ-dan Talibana sərt çağırış

“ABŞ Əfqanıstan hökümətinə maliyyə və texniki dəstək verir. Biz eyni zamanda müdafiə xarakterli hava zərbələri ilə əfqan qüvvələrinə yardımı davam etdirəcəyik”. 

Azpost.info bildirir ki, bu barədə Pentaqonun yaydığı rəsmi məlumatda bildirilir.

ABŞ Talibanın hucumlarını kəskin şəkildə tənqid edib. “Talibanın davam etdirdiyi qanlı hucumlar yalnız yeni qanların axıdılmasına gətirib çıxaracaq. Bu, münaqişənin uzanmasına və əfqan xalqının taliblərdən üz çevirməsinə səbəb olacaq”-deyə sənəddə vurğulanır.

“Biz taliban tərəfdən insan hüquqları ilə bağlı pozuntuların miqyasından heyrətlənmişik. Bura QHT binalarına zorakı daxilolmalar, mülki şəxsləri canlı qalxan kimi istifadə edilməsi haqqında çoxlu müraciətlər daxildir”-deyə ABŞ Müdafiə Nazirliyi bəyan edib.

ABŞ Talibana müraciət edərək hucumu dayandırmağa çağırıb: “Biz hucum əməliyyatını dayandırmağa və münaqişənin danışıqlar yolu ilə həlli üçün xoşməramlı dialoqa başlamağa çağırırıq”-deyə Pentaqonun müraciətində deyilir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ən çətin zamanda Azərbaycanla çiyin-çiyinə söykənmişik” –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi