“Qarabağdakı hərbi əməliyyatlarda türk hərbiçiləri və F-16 qırıcı təyyarələri iştirak etmir”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Exo Moskvı” radiosuna müsahibəsində deyib.
“Türkiyə bizim yaxın tərəfdaşımızdır, bizə yaxın ölkədir. Türkiyə bizim müttəfiqimizdir. Amma Qarabağda heç bir türk hərbiçisi yoxdur. Bu feyk xəbərdir”.
“Ərazimizdə heç bir F-16 uçmur, Suriyadan olan digər muzdlular yoxdur”-səfir əlavə edib.