“Azərbaycan və Ermənistan XİN başçılarının  görüşünü  təşkil etməyə hazırıq”-Lavrovdan açıqlama

“Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan arasında təmasın təşkili üçün tərəflərə Moskvada yer verməyə hazır olduğunu təsdiq edib”.

Azpost.info bildirir ki, bu barədə Rusiya XİN-inin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə keçirdiyi telefon danışıqlarının yekunları ilə bağlı yaydığı məlumatda vurğulanıb.

“Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının növbəti görüşünün keçirilməsinin təşkil etməyə hazırıq”-deyə məlumatda qeyd olunur.

XİN rəhbəri Lavrov qeyd edib ki, Rusiya həm milli baxımdan, həm də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə münaqişənin siyasi-diplomatik həlli üçün vasitəçilik səylərini davam etdirəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Biz Dağlıq Qarabağda hakim rolunda çıxış etmirik” –

Sonrakı məqalə

“Ərazimizdə F-16 uçmur, suriyalı muzdlular da yoxdur”-