Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bu barədə Rəcəb Tayyib Ərdoğan rəsmi “Twitter” hesabında paylaşım edib.

“Meşə yanğınları ilə mübarizəmizə dəstəyini, keçmiş olsun diləklərini, başsağlığını göndərən, kömək etməyə hazır olduğunu bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi ən qısa zamanda keçəcəyik.

Xüsusilə ilk andan etibarən göstərdikləri dəstəyə görə can Azərbaycanın Prezidenti, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm”, -deyə Türkiyə Prezidenti qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Britaniyanın Baş naziri Belarus müxalifətinin lideri ilə görüşüb –

Sonrakı məqalə

İşgəncələrə məruz qalan qadın qətlə yetirildi –