Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün rəsmi “Twitter” səhifəsində 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycanı təbrik edib.
Təbrikdə deyilir: “Can qardaşımız, can dostumuz Azərbaycanın 18 oktyabr – Müstəqillik Gününü təbrik edirəm. Bir millət, iki dövlət amalı ilə Azərbaycanı hər sahədə dəstəkləməkdə və Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik”.