Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı üçün Nazirlər Kabinetinin iclasına fasilə verilib.
Danışıq zamanı İsrail və Fələstində baş verən hadisələr və regiondakı gərginliklə bağlı son vəziyyət müzakirə edilib.
Bundan əlavə, Ərdoğan Türkiyənin regional münaqişələrin qısa müddətdə başa çatması və sülhün təmin olunması üçün hər cür səy göstərdiyini diqqətə çatıdırb.