Ərdoğan imam Hüseyn qətliamına görə İran prezidentinə başsağlığı verib

“Şübhə etmirəm ki, sizin prezidentliyiniz dönəmi İran üçün daha sıx hərtərəfli regional əməkdaşlıqda yeni era olacaq”.

Azpost.info bildirir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan İran prezidenti Rəisi ilə telefon danışığı zamanı bildirib.

Ərdoğan İmam Hüseynin Kərbala qətliamının ildönümü ilə bağlı Rəisiyə başsağlığı verib.

Türkiyə prezidenti deyib ki, İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurası ikitərəfli əməkdaşlıqda həlledici rol oynayır. O Tehranda yeni görüşün tezliklə baş tutacağına ümid etdiyini vurğulayıb.

Ərdoğan İranın Türkiyədə meşə yanğınları ilə bağlı hümanitar töhfəsini yüksək qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Türkiyə ilə dost və qardaş münasibətlərimiz var” –

Sonrakı məqalə

Prezident İlham Əliyev Oljas Süleymenova “Şərəf” ordenini təqdim edib