“Türkiyə ilə dost və qardaş münasibətlərimiz var” –İran prezidenti

“İran və Türkiyə arasında sıx əməkdaşlıq regional sülhün və sabitliyin təmin olunması üçün çox mühümdür”.

Azpost.info İRNA-ya istinadən bildirir ki, bu sözləri İran prezidenti Rəisi Türkiyənin dövlət başçısı Ərdoğanla telefon danışığı zamanı deyib.

Rəisi bildirib ki, İran və Türkiyə arasında dost və qardaş münasibətləri var.

İran prezidenti tez bir zamanda Tehranda iki ölkə arasında Yüksək Əməkdaşlıq Şurasının 7-ci iclasının çağrılmasının mühüm olduğunu bildirib.

Rəisi iki ölkə arasında geniş əməkdaşlıq imkanlarını xatırladıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oğuzda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Sonrakı məqalə

Ərdoğan imam Hüseyn qətliamına görə İran prezidentinə başsağlığı verib