Ərdoğan Milli Məclisdə Bəxtiyar Vahabzadədən şeir dedi

16 İyun 2021 - 16:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Azərbaycanın mərhum şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirinin ilk iki bəndini söyləyib

Bir ananın iki oğlu,

Bir amalın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan – Türkiyə.

 

Dinimiz bir, dilimiz bir,

Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir

Azərbaycan – Türkiyə .