“Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz” –ƏRDOĞAN

“Bu zəfərin ardından edilənlərə və ediləcəklərə baxanda hansı işlər görəcəyimiz aydın olur”.

Bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, hər şeydən əvvəl Qarabağa sükut hakim olub: “İnşallah bir sonrakı gəlişimizdə bu torpaqların insanlarının öz evlərinə yerləşməsinin sevincini yaşayacağıq. Bir an öncə evlərinizi tikilir, tikiləcək. Sizin bu evlərə yerləşməyinizi gözləyirik. Hazırda yollar sürətlə tikilir, elektrik stansiyaları açılır, bir tərəfdən nəqliyyat infrastrukturu qurulur”.

Cənab Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizinin bölgəyə gətirəcəyi faydaların sözlə ifadəsi mümkün deyil: “Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz”.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən müharibəsi qazisi vəfat etdi –

Sonrakı məqalə

Ərdoğan Milli Məclisdə Bəxtiyar Vahabzadədən şeir dedi