Ərdoğan Paşinyanla regional məsələləri müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

Onun sözlərinə görə, liderlər Ermənistan-Türkiyə münasibətlərini və regional məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı Paşinyan və Ərdoğan uzunmüddətli sülhün və sabitliyin regionun bütün ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcəyini vurğulayıblar. Onlar eyni zamanda, qeyd ediblər ki, bu istiqamətdə diplomatik səylərini davam etdirəcəklər.

Əvvəlki məqalə

Ali məktəblərin boş qalan plan yerlərinə qəbul nəticələri elan olunub

Sonrakı məqalə

Kərim Vəliyev Türkiyənin müdafiə naziri ilə regional təhlukəsizliyi müzakirə edib