Türkiyə prezidenti Ərdoğan rusiyalı həmkarı Putinlə telefon danışığı zamanı Qarabağ münaqişəsinin həlli üçün və işçi qrup yaratmağı təklif edib.
Azpost.info bildirir ki, bu barədə CNN Türk telekanalına türk diplomatik dairələrindən adı açıqlanmayan mənbə məlumat verib.
Onun məlumatına görə, Ərdoğan bu təklifi Putinlə noyabrın 7-də telefon danışığı zamanı edib.