Ərdoğan:

"Biz onları məhv etməkdə qərarlıyıq”
02 Sentyabr 2019 - 00:18

Türkiyə Suriyada Fərat çayının şərqindəki əraziləri terrorçulardan təmizləməyə qəti qərar verib.

“TASS” agentliyi xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyadakı çıxışında deyib.

“Fəratın şərqindəki torpaqlar gündəmimizə daxildir. Orada terrorçuların yuvaları yerləşir və biz onları məhv etməkdə qərarlıyıq”, – deyə Ərdoğan bildirib.

Son bir ildə Türkiyə hökumətinin qonşu Suriyada daha bir hərbi əməliyyat keçirməsi ilə bağlı ritorikası davam edir. Ankara suriyalı qaçqınların geri qayıtması üçün orada təhlükəsizlik zonası və öz sərhədi üçün qoruyucu kəmər yaratmaq istəyir. Hazırda respublika bu mövzuda Vaşinqtonla danışıqlar aparır. (APA)