Ərdoğanın Rusiyaya səfərinə hazırlıq gedir –

Kremldən AÇIQLAMA
20 Sentyabr 2021 - 14:29

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq gedir.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Putinlə danışıqlar üçün Ərdoğanın Rusiyaya səfərinin geniş gündəliyi hazırlanır”, – deyə Peskov bildirib.

D. Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimri Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə etməyi planlaşdırırlar: “Ərdoğanın Rusiyaya işgüzar səfərinə hazırlıq gedir. Gündəlikdə olan məsələlər genişdir, ikitərəfli münasibətlər çoxplanlıdır, prezidentlər üçün hər zaman bu kontekstdə danışmağa mövzu var. Lakin əlbəttə ki, Suriya və digər regional münaqişələr də müzakirə olunacaq”.