“Putin özünü əla hiss edir” –Peskov prezidentin səhhətindən danışdı

“Özünütəcrid rejimində olan Rusiya Prezidenti Vladimir Putin özünü əla hiss edir”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident özünü əla hiss edir, işləyir. Lakin bu həftə tədbirlər əsasən videokonfrans rejimində keçiriləcək”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, Putin ətrafındakı onlarla insanın koronavirusa yoluxması səbəbindən sentyabrın 14-də özünütəcrid rejiminə keçdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğanın Rusiyaya səfərinə hazırlıq gedir –

Sonrakı məqalə

Zəngin ölkələrdə 1,2 milyard doza artıq vaksin var –