ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu ayın sonunda keçiriləcək görüş müzakirə olunur.
Azpost.info bildirir ki, bu barədə Türkiyənin yüksək rütbəli rəsmisi Röyter-ə bildirib.
Gündəmdə Türkiyə və Rusiya münasibətləri, ABŞ-ın silahları, Ukrayna və Suriyadakı münaqişələr var.
Qeyd edək ki, sentyabrın sonunda Ərdoğanın Vaşinqtona səfəri gözlənilir. Onun ABŞ-a səfəri sentyabrın 17-dən 22-dək davam edəcək.
Bayden və Ərdoğan sonuncu dəfə iyunun sonunda Madriddə keçirilən NATO sammiti çərçivəsində görüşüblər.