“Kim Çen In öldürülərsə, Şimali Koreya dərhal nüvə zərbəsi endirəcək”- “Politico”

Şimali Koreyanın (KXDR) nüvə raketləri ölkə lideri Kim Çen Inın öldürülməsi halında avtomatik olaraq buraxılacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazır.

Məlumata görə, bu məqam KXDR-in nüvə siyasəti ilə bağlı yeni fərmanında əksini tapıb.

Sənədə əsasən, hücum nəticəsində dövlətin nüvə komandanlığı və idarəetmə sisteminə təhlükə yaranarsa, düşmən  qüvvələrini, o cümlədən təxribatın başlanğıc nöqtəsini məhv etmək üçün avtomatik və dərhal nüvə zərbəsi endiriləcək.

Şimali Koreya sentyabrın 9-da özünü rəsmi olaraq nüvə dövləti elan edib. Kim Çen Inın sözlərinə görə, Şimali Koreya heç vaxt nüvə silahından əl çəkməyəcək.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğanla Baydenin görüşündə Qarabağ müzakirə olunacaq?

Sonrakı məqalə

“10 sentyabr Ukryana ordusu üçün həlledici gün ola bilər” –