Ərdoğanla Putin Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər

17 Dekabr 2019 - 18:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumatı yayıb.

Telefon danışığı zamanı Türkiyə və Rusiya liderləri ikitərəfli münasibətləri və regional məsələləri, o cümlədən Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.