Almaniya hökuməti vətəndaşlarına İrana səfər etməmək barədə rəsmi xəbərdarlıq edib.
Azpost.info xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayaraq bu ölkədəki alman vətəndaşlarının sorğu-sual və uzun müddətə həbs olunma riski ilə üzləşdiyini bildirib. Bu, ikili Almaniya-İran vətəndaşlığı olan şəxslərə də aiddir.
XİN qeyd edir ki, son vaxtlar İranda xarici vətəndaşlar əsassız olaraq həbs ediliblər. O cümlədən, etiraz nümayişlərində iştirak etdiklərinə görə saxlanılanlar var.
Nazirlik xəbərdarlıq edir ki, tək səyahət edən turistlər xüsusilə risk altındadır.
Azpost.info