Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ədviyyatdan uzaq durun, bu meyvəni yeyin!

User 26 Yanvar 2023 - 16:47 (Last updated: 21 May 2025 - 20:15)
5d79410e45d2a023a0dd42df

Banan – yuxusuzluğa qarşı ən yaxşı təsir göstərən meyvələrdəndir.

Azpost.info xəbər verir ki, buna səbəb bananın sakitləşdirici təsirə malik, əsəbləri yumşaldan, mənfi düşüncələrdən xilas edən B6 vitamini və maqneziumla zəngin olmasıdır.

Banan həm də insan orqanizmi üçün əvəzolunmaz triptofan aminturşusunun əsas mənbəyidir. Ona görə də bu elementlər birlikdə işlədikdə sakitləşdirici təsir göstərə və yuxunu yaxşılaşdıra bilər. Beləliklə, yuxusuzluqdan əziyyət çəkən və pis yatan insanlar daha çox banan yeyə bilərlər.

Süd də yuxuya yaxşı kömək edir. Çünki tərkibində triptofan və peptidlər var. Triptofan insan hüceyrələrini hipnotik təsirə malik olan triptamin adlı maddəni ifraz etmək üçün stimullaşdıra bilir. Peptidlərə gəlincə, onlar bədənin mərkəzi sinir sisteminə daxil olduqda bütün sinir sisteminə anestezik təsir göstərə bilir, buna görə də insan yuxulu vəziyyətə düşür.

Bir sözlə, süd əsəblərə sakitləşdirici təsir göstərir və yuxuya getməyi sürətləndirir. Uzun müddət davam edən stress səbəbindən yuxusuzluqdan əziyyət çəkən insanlara yatmazdan əvvəl bir stəkan ilıq süd içmək məsləhət görülür. Bu, sinir sistemini sakitləşdirməyə və yuxuya getməyə kömək edəcəkdir.

Yuxusuzluqdan əziyyət çəkən insanlara xüsusilə axşam saatlarında ədviyyatlı yeməklərdən uzaq durmaq tövsiyə olunur. Axşam yeməyi üçün ədviyyatlı yemək yuxu pozğunluğunun mühüm səbəbidir. Bibər, sarımsaq və soğan kimi qidalar yanma və həzmsizliyə səbəb ola bilər ki, bu da yuxunu çətinləşdirir. Bununla yanaşı, yatmazdan əvvəl qəhvə içmək də yuxunu qaçıran səbəblərdəndir.

Azpost.info

 

Post navigation

Previous: Azərbaycanda daha 43 nəfər COVID-19-a yoluxub
Next: “WhatsApp”da yazışmaq bank işçilərinə baha başa gəldi

Oxşar xəbərlər

narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23

xƏBƏR

narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Bu...
Read more about Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu
Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır? Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır? dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23
Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı Beyin
  • Maraqlı

Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı

User 23 Oktyabr 2026 - 15:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.