Əfqan qaçqınları yenə tək qalmadı-FOTO

“Azyaşlıların hüquqi maariflənməsinə kömək” İctimai Birliyi, BMT QAK-ın Bakı ofisi və Azərbaycanda daimi yaşayan əfqan qaçqınları icması arasında əməkdaşlıq davam etdirilir. Ənənəvi olaraq müsəlman bayramlarında qaçqınları yad edən onlara maddi və mənəvi yardım göstərən “Azyaşlıların hüquqi maariflənməsinə kömək” İctimai Birliyi öz ənənəsinə sadiq olaraq Müqəddəs Qurban Bayramında da onları yaddan çıxarmır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti ilə Azərbaycanda daimi yaşayan əfqan qaçqınlarına “koronavirus pandemiyası şəraitində” yardım layihəsi üzrə əfqanlara bayram hədiyyələri paylanılıb.

İctimai Birliyinin üzvləri pandemiya şəraitində müəyyən edilmiş qaydaları gözləməklə 25 əfqan ailəsinə yardım göstəriblər. Yardım paketində bayram üçün zəruri olan ərzaq məhsulları və sanitar gigiyenik-tibbi ləvazimatlar olub. Əfqanlar pandemiya şəraitində onlara 4-cü dəfə yardım göstərən təşkilatın üzvlərinə, QHT şurasına və Azərbaycan hökümətinə minnətdarlıqlarını bildiriblər.

Xatırladırıq ki, “Azyaşlıların hüquqi maariflənməsinə kömək” İctimai Birliyi əfqan qaçqınlarına təkcə maddi kömək göstərmir, eyni zaman da koronavirus epidemiyası şəraitində müəyyən edilən davranış qaydalarının, qaçqınlarla bağlı qəbul edilən qərarların məzmununu izah edir, qaydalara əməl edilməsi, icazə alınması, maskalardan istifadə, məsafə saxlama və s.bağlı maarifçilik işi aparır. Zəruriyyət olduqda qaçqınlara hüquqi məsləhət verir. Bütün bu işlər onlayn qaydasında həyata keçirilir. Əfqan qaçqınları üzləşdikləri problemlə bağlı hər an təşkilatın hüquqşünasları və ekspertləri tərəfindən dəstək ala bilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceff Bezosun sərvəti rekord səviyyəyə çatıb

Sonrakı məqalə

Azərbaycanda bu tarixdən sonra yoluxmaların sayında enmə olacaq