“Əfqan qadınları şəriətə uyğun olmayan idmanla məşğul ola bilməzlər” –"Taliban" rəsmisi

Əfqanıstanlı qadınlar xarici görünüşlərinin şəriət qanunlarına uyğun gəlmədiyi idman növləri ilə məşğul ola bilməzlər.

TASS xəbər verir ki, bunu Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının mədəniyyət məsələləri üzrə komissiya rəhbərinin müavini Əhmədullah Vasik Avstraliyanın “CBS” telekanalına müsahibəsində bildirib.

“Biz kütləvi informasiya vasitələri dövründə yaşayırıq, bu zaman idmanla məşğul olan qadınların şəkil və videogörüntüləri yayılacaq, daha sonra insanlar da bunu izləyə biləcək. İslam və Əfqanıstan İslam Əmirliyi qadınların kriket oynamasına və ya bədənlərinin bəzi hissələrinin görünə biləcəyi idmanla məşğul olmağa icazə vermir”, – Vasik belə deyib.

O, həmçinin əlavə edib ki, İslam qadınlara yalnız zərurət yarandıqda evdən çölə çıxmağa icazə verir, idman isə “zərurət hesab olunmur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yayılan intim video mənə qarşı şantaj və qurmadır” –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi