“Əfqanıstan cəhənnəmə, Bayden məzuniyyətə yollandı” –TRAMP

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Əfqanıstanda Amerika əsgərlərinin çıxarılması deyil, kapitulyasiyası baş verib.

“RİA Novosti” xəbər verir ki, o, bunu Alabama ştatında tərəfdarları ilə görüşdə deyib.

“Biz ordumuzun düşmənə necə təslim olduğunu görürük”, – deyə Tramp bildirib.

Sabiq prezident hazırkı administrasiyanın Əfqanıstanda 83 milyard dollarlıq avadanlıq, hərbi baza və bahalı səfirlik binası qoyduğunu açıqlayıb: “Əfqanıstan cəhənnəmə getdiyi ərəfədə Bayden məzuniyyətə yollandı”.

O, Əfqanıstandakı vəziyyəti “ABŞ tarixində ən böyük hərbi təhqir” adlandırıb: “Milli liderin dəhşətli səriştəsizliyi. Heç bir ölkədə görünməmiş bir şey… Ordunu heç vaxt əvvəlcədən çıxarmazlar, ordu axırda çıxar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

QMİ “Hacı Əjdərbəy” məscidinin imamının vəfatı haqqında məlumat yayıb

Sonrakı məqalə

Samuxda COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb