Əfqanıstan prezidenti ölkəni tərk etməyə hazırlaşır

Əfqanıstan prezidenti Əşrəf Qani daxili siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar tezliklə sakinlərə müraciət edə və ölkəni tərk edə bilər.

Bu barədə Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın müxbirinin qeyd etdiyinə görə, “Qaninin axşam saatlarında müraciət edəcəyi və hər an ölkəni tərk edə biləcəyi gözlənilir”. Məlumat Əfqanıstan rəsmiləri tərəfindən nə təsdiq, nə də inkar olunub.

Qeyd edək ki, ABŞ Əfqanıstanda hərbi missiyasının başa çatdığını və qoşunların çıxarılmasına başlanıldığını elan etdikdən sonra “Taliban” hərəkatının silahlıları hökumət qüvvələrinə qarşı hücuma keçib. Müxtəlif mənbələrə görə, radikallar İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhəd ərazilər də daxil olmaqla Əfqanıstan ərazisinin 85%-ə qədərini nəzarətdə saxlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropada gəncələr neçə yaşdan sonra valideynlərindən ayrı yaşayır? –

Sonrakı məqalə

Gürcüstanda karantin sərtləşdirildi –