“Əfqanıstandakı vəziyyətin necə təsir edəcəyi naməlumdur” –PUTİN

Rusiya Prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyətin regional və qlobal təhlükəsizliyə necə təsir edəcəyinin hələ məlum olmadığını bildirib.

Bu barədə Vladimir Putin “BRİCS” ölkələri liderlərinin onlayn formatda keçirilən sammitində çıxışı zamanı bildirib.

“ABŞ və müttəfiqlərinin Əfqanıstandan çıxması yeni böhrana gətirib çıxardı, əvvəlki kimi bunun regional və qlobal təhlükəsizliyə necə təsir edəcəyi naməlum olaraq qalır”, – deyə V. Putin qeyd edib.

O vurğulayıb ki, kənardan xarici dəyərlərin Əfqanıstanda tətbiq edilməsinə məsuliyyətsiz cəhdlər edilib və bunun nəticəsində yeni böhran dalğası yaranıb. Rusiya dövlət başçısı onu da qeyd edib ki, bu prosesin fonunda Əfqanıstanın tarixi xüsusiyyətləri, eləcə də insanların riayət elədikləri ənənələr görməzlikdən gəlinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistana gedirəm…” –

Sonrakı məqalə

Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub