Əfqanıstandan qaçan üç nəfər ABŞ təyyarəsindən yerə düşərək ölüb –VİDEO

ABŞ hərbi təyyarəsinin təkərləri üzərində ölkəni tərk etmək istəyən 3 Əfqanıstan vətəndaşı təyyarə havaya qalxdıqdan sonra yerə düşərək ölüb.

Иu barədə yerli sakinlərə istinadən “Khaama” agentliyi məlumat yayıb.

Kabil hava limanının yaxınlığında yaşayan yerli sakinlər bildiriblər ki, üç gənc təyyarədən evlərin üstünə düşüb.

Hadisə anının video-görüntüsü də yayılıb. Videoda havaya qalxmış təyyarədən bir nəfərin düşdüyü görünür.

Daha əvvəl isə Kabil hava limanında 5 nəfər ölüb. Onların izdiham nəticəsində, yoxsa ABŞ təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldüyü bəlli deyil.

Xatırladaq ki, “Taliban”ın Əfqanıstanı ələ keçirməsi ilə əlaqədar minlərlə insan Kabil hava limanına axın edərək ölkəni tərk etməyə cəhd edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Eldar Həsənovda cinayət təqibinə mane olan hər hansı xəstəlik yoxdur –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 1851 nəfər COVID-19-a yoluxub –