Əfqanıstanın ABŞ banklarındakı 9 milyrad dollarlıq hesabı dondurulub

ABŞ administrasiyası 15 avqust tarixində Əfqanıstan hökumətinin Amerika banklarında olan dövlət ehtiyatlarını dondurub. Bunda məqsəd radikal “Taliban” hərəkatının nümayəndələrinin bu ehtiyatlara daxil ola bilməsinin qarşısını almaqdır.

Bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən yazıb.

Qəzet yazır ki, söhbət milyardlarla dollardan gedir. Bu məlumata görə, qərar ABŞ-nin maliyyə naziri Canet Yellen tərəfindən qəbul edilib və ABŞ Dövlət Departamenti də bu addımın müzakirəsində iştirak edib.

“Əfqanıstan hökumətinin mərkəzi bankının ABŞ-dəki aktivləri “Taliban”a verilməyəcək”, – deyə qəzet ABŞ administrasiyasının nümayəndəsinin sözlərindən sitat gətirib.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Əfqanıstan Mərkəzi Bankının ümumi ehtiyatları aprelin sonunda 9,4 milyard dollar təşkil edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sonrakı məqalə

Ekstrasens Maykl Ceksonun ruhu ilə danışdığını deyib