Əfqanıstanın yeni naziri ABŞ-ın axtarış siyahısındadır –Başına 5 milyon dollar qoyub (FOTO)

“Taliban”ın yeni daxili işlər naziri Siracəddin Haqqani ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) rəsmi saytında xüsusi axtarışda olanlar siyahısındadır.

FBI Haqqanin başına 5 milyon dollar qoyub.
Qeyd edək ki, Siracəddin Haqqaninin kiçik qardaşı Məhəmməd Haqqani, 18 Fevral 2010-cu ildə Şimali Vəziristanın Dande Darpakel kəndində pilotsuz təyyarə hücumu nəticəsində ölüb. Haqqani 14 yanvar 2008-ci ildə Kabildə “Serena” otelində ABŞ vətəndaşı Tor Devid Hesla da daxil olmaqla altı nəfərin ölümünə səbəb olan hücumun təşkilatçısıdır. Onun daha bir neçə partlayışda əlinin olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın sabiq baş prokuroru həbs edilib

Sonrakı məqalə

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev həbsxanada vəfat etdi