Əfv sərəncamı 1 və 4 saylı cəzaçəkmə müəssisələrində icra olunub

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində icra olunub. 

Müəssisədən sərəncam şamil edilən 14 nəfərdən 13-ü azadlığa buraxılıb, 1 nəfərin isə cəzası azaldılıb.

Azadlığa buraxılanlardan 1 nəfər Rusiya vətəndaşıdır.

Sərəncamın icrası Ombudsman Aparatının nümayəndələri, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.

***

09:43

Əfv sərəncamı 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

4 saylı cəzaçəkmə müəssisəsindən sərəncam 12 nəfər qadına şamil edilib. Arayışlar təqdim olunandan sonra 11 qadın azadlığa buraxılıb. 1 qadının isə cəzası yarıya endirilib.

Sərəncamın icrası Azərbaycanın insan hüquqları üzrə Ombudsman Səbinə Əliyeva , dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda qardaş qardaşını qətlə yetirib

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi