Bakıda qardaş qardaşını qətlə yetirib

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.

Hadisə Məlikov küçəsi dalan 7, mənzil 2 ünvanında qeydə alınıb.

1969-cu il təvəllüdlü Camalov Elçin Elzəməd oğlu qardaşı ilə dava edib. E.Camalov qardaşının ürək nahiyəsinə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Dava zamanı Elçin Camalov özü də çoxsaylı bıçaq xəsarətləri aldığından xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyənin Kilis vilayəti Suriyadan raket atəşinə tutulub

Sonrakı məqalə

Əfv sərəncamı 1 və 4 saylı cəzaçəkmə müəssisələrində icra olunub