Əli Həsənova məxsus Beynəlxalq Mətbuat Mərkəzinin binası boşaldılır

Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır. 

Yenisabah.az-a daxil olan məlumatlara görə, yaxın günlərdə BMM-in boşaldılmasına başlanılacaq.

Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı. Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi.

BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada Prezidentin keçmiş köməkçisinin nəzarətindən olan media quruluşları və təşkilatların yerləşməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır.

Məlumatlarda qeyd edilir ki, Əli Həsənovu təkcə BMM-i deyil, bütövlükdə binanı itirə bilər. Xəbərə görə bu ayın sonuna kimi binanın tam boşaldılması tələb olunub. Artıq bir sıra media şirkəti binanı tərk edib. Banklardan biri filial üçün kirayə götürdüyü otaqları təhvil verib.

Ümumilikdə isə bu vaxta qədər həmin binada BMM-dən başda bu təşkilatlar fəaliyyət göstərib: “Kaspi” qəzeti, Sputnik.az, Bilik Fondu, “Azərbaycan müəllimi” qəzeti, “Strategiya” jurnalı, Aznews.az saytı, Kaspi Art, Burc fm, Araz fm, Azərbaycan Beynəlxalq Bankın filialı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Əfv Komissiyanın əvvəlki üzvlərinin qanunsuz hərəkətləri barədə məlumat almışam” –

Sonrakı məqalə

Rusiyada koronavirusdan ölənlərin sayı 19 mini ötüb