Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib –Avropa çempionatı

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın ilk günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparırlar.

Güləşçimiz Əfqan Xaşalov (57 kq) ilk görüşdə yunan rəqibinə vaxtından əvvəl qalib gəlib və dörddəbir finala yüksəlib. Turnirdə 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib. Rəşad Yusifli (79 kq) debütdə polşalı həmkarı üzərində inamlı qələbə qazanıb. Güləşçimizin səkkizdəbir final mərhələsində rəqibi bolqarıstanlı idmançı olacaq. Şamil Zubairov (97 kq) rumıniyalı idmançı xalça üzərinə çıxmadığı üçün dörddəbir final mərhələsinə yüksəlib. Təmsilçimiz növbəti mərhələdə türkiyəli güləşçi ilə qarşılaşacaq.

Yarışın proqramına əsasən, aprelin 19-21-də sərbəst, 21-23-də qadın, 23-25-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aleksey Navalnı xəstəxanaya köçürülüb

Sonrakı məqalə

Xankəndi aeroportunda Rusiya sülhməramlıları parada hazırlaşır –