“Əlillik artıq üç dərəcə ilə dəyərləndirilməyəcək” –Nazir yeni meyarlardan danışdı

““Əlilliyin müəyyən olunması” meyarlarının yeni layihəsində bir sıra yeniliklər nəzərdə tutulur”.

Bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, belə ki, əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək.

Nazir qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri də diqqətə çatdırıb. S. Babayev yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İndiyədək Vətən müharibəsində yaralanmış 405 qaziyə əlillik verilib” –

Sonrakı məqalə

“30 faiz əlilliyin əsassız olduğu üzə çıxıb” –