Ərdoğan 51 faiz, Kılıcdaroğlu 48 faiz –RƏY SORĞUSUNUN NƏTİCƏLƏRİ

Türkiyənin “Optimar” Tədqiqatlar Mərkəzinin keçirdiyi seçkiqabağı sorğunun nəticələrinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 51,4%, onun rəqibi, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu isə 48,6% səs toplayır.

Azpost.info “Hurriyyet”ə istinadən bildirir ki, sorğu aprelin 25-dən 28-dək 3005 nəfər arasında keçirilib.

“Son 10 gündə hər iki namizəd yüksəlişdədir. Ərdoğan zəlzələdən sonrakı enişi artıq arxada qoyub iki həftədir ki, yüksəlişdədir. Kılıçdaroğlu səs sayını artıran ikinci namizəd olub. “Prezident seçkilərində iki namizəddən kimə səs verəcəksiniz?” sualına rəyi soruşulanların 51,4 faizi Ərdoğanın, 48,6 faizi isə Kılıçdaroğlunun adını çəkib“-deyə açıqlamada bildirilir.

Beləliklə, Ərdoğan 2018-ci ildə seçkilərdə qalib gəldiyi nəticəyə yaxınlaşan kimi görünür.

Dörd namizədlərlə bağlı sorğunun nəticələri belə olub: Məhərrəm İncə 4,3%, Sinan Oğan 3%.

Qəzet qeyd edir ki, seçkilərlə bağlı ikinci turun olacağı proqnozlaşdırılır.

Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Rusiyanın cəbhədə son 5 aydakı itkilərini

Sonrakı məqalə

Hacı Şahinin yerinə təyin olunan Şərbətov kimdir?