Ərdoğan gələn həftə Azərbaycana gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ilk rəsmi xarici səfərini Şimali Kiprə (KKTC) edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Bugün Kıbrıs” məlumat yayıb.

“İyunun 12-si adaya gələcək Ərdoğan prezident Ersin Tatarla görüşəcək. İyunun 13-də isə Ərdoğan Azərbaycana gedəcək”, – nəşr qeyd edir.

“Məlum olduğu kimi, Türkiyə Cümhuriyyətində ənənəvi olaraq prezident seçilən şəxs ilk xaricə səfərini KKTC-yə, daha sonra isə Azərbaycana edib. Ərdoğan 2018-ci il seçkilərində bu ənənəni pozaraq ilk səfərini Azərbaycana etmişdi”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Prezident Ələt Azad İqtisadi Zonasının I mərhələsinin açılışında iştirak edib

Sonrakı məqalə

“Kukla teatrları həftəsi” keçiriləcək